Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən keçib – YENİLƏNİB
Şuşa, 22 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus 29 təminat və 4 minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların 2 təminat və 1 minik avtomobili də Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
10:25
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat və bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
İrpen şəhərinin meri: Azərbaycan Ukrayna üçün dost, qardaş ölkədir VİDEO
Fransa Ermənistanı silahlandırmaqla sülh danışıqlarına zərbə vurur - Deputat