×
A
A
A
Sazlamalar

Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb - YENİLƏNİB

Bakı, 22 mart, AZƏRTAC

Pakistan və Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı artıb.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Şərafət Zaman Amar azı 4 nəfərin öldüyünü, 70 nəfərin isə yaralandığını bildirib.
Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin əməkdaşı Şəfiullah Rəhimi isə axtarış-xilasetmə qruplarının daha çox zərər çəkmiş kəndlərə çatdıqca, ölənlərin sayının arta biləcəyini deyib. “Zəlzələdən zərər çəkmiş bəzi rayonlar mərkəzdən uzaqda yerləşir və mobil telefon xidməti yoxdur”, - deyə Rəhimi bildirib.
Pakistanın Fövqəladə Hallar Xidmətinin sözçüsü Bilal Faizi isə ölkənin şimal-qərbində müxtəlif bölgələrdə evlərin damının uçması nəticəsində 9 nəfərin öldüyünü açıqlayıb.
ABŞ Geoloji Xidməti 6,5 bal gücündəki zəlzələnin episentrinin Əfqanıstanın Pakistan və Tacikistanla həmsərhəd dağlıq Hindukuş bölgəsində Jurm şəhərindən 40 kilometr cənub-şərqdə olduğunu bildirib. Zəlzələ Yerin 188 kilometr dərinliyində baş verib və geniş ərazidə hiss edilib.

01:16

Əfqanıstanda ötən gün axşam saatlarında baş verən zəlzələ nəticəsində azı iki nəfər ölüb. Eyni zamanda, daha iki nəfər Əfqanıstanda həlak olub.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, Pakistanda yaşayış binalarının damlarının və divarlarının uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Öz növbəsində, Reuters agentliyi Pakistan polisinə istinadən xəbər verir ki, 150-yə yaxın insan yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.
Xatırladaq ki, ötən gün Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.

Dünya 2023-03-22 09:46:00