×
A
A
A
Sazlamalar

Fəridə Əhmədova: Belə bir gözəl ölkənin vətəndaşı olduğum üçün fəxr edirəm

Bakı, 22 mart, Emil Məlikov, AZƏRTAC

Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur. Bu gözəl bayramın daha maraqlı, yaddaqalan olması üçün hamımız ailəvi İçərişəhərə gəlmişik. Gördüyünüz kimi burada hamı gözəl anlar yaşayır və özünü xoşbəxt hiss edir. İçərişəhərdə demək olar ki, əsl bayram ab-havası hökm sürür və Novruz çox təntənəli şəkildə keçirilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İçərişəhərdə təşkil olunan “Bayram qalası” adlı Novruz şənliyində iştirak edən Bakı sakini Fəridə Əhmədova deyib.
“Xalqımız hər zaman Novruz bayramını adət-ənənəyə uyğun şəkildə qeyd edib. Çünki bu bayramın mənası bundadır. Doğma torpaqlarımızın azad olunmasından sonra bu bayram daha da coşqu və əyləncəli şəkildə keçirilir. Belə bir gözəl ölkənin vətəndaşı olduğum üçün fəxr edirəm. Ölkəmizdə hazırda əmin-amanlıqdır, bunun da sayəsində bayramlarımızı daha da xoşbəxt və firavan şəkildə qeyd edirik. Xalqımızın bayramını təbrik edirəm", - deyə F.Əhmədova vurğulayıb.

Mədəniyyət 2023-03-22 00:39:00