Bakıda keçiriləcək dünya kuboku yarışlarında 46 ölkədən bədii gimnastlar iştirak edəcəklər
Bakı, 22 mart, AZƏRTAC
Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ölkəmizin gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir.
Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
“Real Madrid” klubu Cud Bellinqemi heyətinə qatıb
Azərbaycanlı məşqçi Macarıstanda beynəlxalq kursda iştirak edib
Azərbaycanın akrobatika gimnastları Polşaya yollanıblar
Çimərlik güləşi üzrə Azərbaycan millisinin dünya seriyası üçün heyəti açıqlanıb