×
A
A
A
Sazlamalar

Uzun illər bahara həsrət qalan Horovlu Novruz tonqalı ilə isindi - Cəbrayıldan reportaj VİDEO

Cəbrayıl, 21 mart, AZƏRTAC
Xalqımız Baharın gəlişini, yeni ili, yeni günü, Novruzu qeyd edir. Vaxtilə işğal altında olan Qarabağın bütün sakinləri kimi, 30 ildir elindən-obasından uzaq düşən cəbrayıllılar da Novruzu bir gün yenə öz doğma torpaqlarında qeyd edəcəklərini səbirsizliklə gözləyiblər. Hər bayramda dəyişməyən bir arzu, bir istək, bir dua düşməyib dillərindən: “Gələn Novruzu öz elimizdə, obamızda, evimizdə qeyd edək...” 44 günlük müharibədə igid oğullarımızın canı, qanı bahasına gerçəkləşdi bu dualar, bu arzular.
AZƏRTAC xəbər verir ki, Cəbrayılın ən böyük kəndlərindən olan Horovlunun bir qrup sakini doğulub boya-başa çatdıqları torpağı Novruz bayramında ziyarət ediblər.
Doğmalarının, yaxınlarının dağıdılıb, viran edilmiş qəbirlərini mina təhlükəsinə görə ziyarət etmək şansları olmasa da, doğma ocaqlarında 30 il əvvəl qeyd etdikləri bayramlardan ürək dolusu danışdılar.
Sonuncu dəfə 1993-cü ildə Horovluda qeyd edilən Novruz şənliyini hələ də unutmayan kənd sakinləri, bu torpaqlara qayıdıb yenidən o çal-çağırlı günlərə dönəcəkləri günü səbirsizliklə gözləyirlər.

Regionlar 2023-03-21 22:20:00

Video