Ukrayna Prezidenti Yaponiyanın Baş naziri ilə görüşüb
Bakı, 21 mart, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti sosial şəbəkə hesabında yazıb.
Ukraynanın çoxdankı dostu olan Yaponiyanın Baş naziri Fumio Kişidanı Kiyevdə salamlamaqdan məmnunluğunu bildirən Zelenskinin sözlərinə görə, Fumio Kişida onun ölkəsinə məhz BMT nizamnaməsinin məqsəd və prinsiplərinin, ümumilikdə beynəlxalq təhlükəsizliyin qorunması üçün qlobal liderliyin aktivləşdirilməsinin vacib olduğu vaxtda gəlib.
Yaponiyanın Baş naziri səfər çərçivəsində Buçada olub və burada törədilən müharibə cinayətlərinin fəsadlarını görüb.
Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir
Avstriya Ukraynanın minalardan təmizlənməsi üçün 2 milyon avro ayıracaq
Ağ Ev və Respublikaçılar milli borcla bağlı razılığa gəliblər
İtaliya ən azı 15 milyon doza COVID-19 peyvəndini məhv edəcək