×
A
A
A
Sazlamalar

Əbdül Xalid: Xalqımıza sülh, firavanlıq, əmin-amanlıq arzulayıram

Bakı, 21 mart, Emil Məlikov, AZƏRTAC

İçərişəhərdə təşkil edilən şənlikdə insanların əhvali-ruhiyyəsi yüksək səviyyədədir. Xalqımıza bayram çox yaraşır. Burada yığılan bütün ianələr “YAŞAT” Fonduna yönləndirilərək, xeyriyyə məqsədilə xərclənəcək. Bununla qürur duyuruq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İçərişəhərdə keçirilən “Bayram qalası” adlı Novruz şənliyində iştirak edən müğənni Əbdül Xalid deyib.
“Mən bütün Azərbaycanı qədim ənənələri özündə birləşdirən bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Xalqımıza hər zaman sülh, firavanlıq, əmin-amanlıq arzu edirəm. Biz qalib xalqın övladlarıyıq. Arzum budur ki, 2023-cü il bizə daha düşərli, uğurlu bir il olsun”, - deyə Ə.Xalid qeyd edib.

Mədəniyyət 2023-03-21 21:00:00