“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada yubiley oyununu keçirib
Bakı, 21 mart, AZƏRTAC
“Qəbələ”nin futbolçusu Ruan Renato Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. Braziliyalı müdafiəçinin yubileyi XXVII tura təsadüf edib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 29 yaşlı cənubi amerikalı “Şamaxı” ilə ev görüşündə 90 dəqiqə şans qazanıb. Ruan Premyer Liqadakı 50 matçda 3 qol vurub. O, “qırmızı-qaralar”ın heyətində Azərbaycan çempionatında ən azı 50 görüş keçirən 35-ci futbolçu olub.
Azərbaycanlı məşqçi Macarıstanda beynəlxalq kursda iştirak edib
Azərbaycanın akrobatika gimnastları Polşaya yollanıblar
Çimərlik güləşi üzrə Azərbaycan millisinin dünya seriyası üçün heyəti açıqlanıb