×
A
A
A
Sazlamalar

Ozan Karatepe: Nə yaxşı ki, varsınız, nə yaxşı ki, qardaş ölkə kimi həmişə bir yerdəyik

Bakı, 21 mart, Emil Məlikov, AZƏRTAC

Türkiyənin Bursa şəhərindən ölkənizə tələbə olaraq təhsil almaq üçün gəldim. Bakını çox sevdim, gözəl ölkəniz var. Novruz bayramının keçirilməsinin şahidi olmaq da bizə nəsib oldu. Şəhərinizin hər yerində bu bayram təntənəli şəkildə qeyd olunur. Yaxında Formula-1 yarışlarının da burada şahidi olacağıq. Bu yarışları da səbirsizliklə gözləyirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İçərişəhərdə təşkil olunan “Bayram qalası” adlı təntənəli Novruz şənliyində iştirak edən türkiyəli tələbə Ozan Karatepe deyib.
“Qardaş ölkədə olduğum üçün mən burada özümü yad bir yerdə deyil, öz vətənimdəki kimi rahat hiss edirəm. İnsanlarınız gülərüz və çox mehribandırlar. Azərbaycanda hər yerdə isti qarşılanırıq. Türkiyədə zəlzələ olan zaman ölkəmizə olan dəstəyinizi çox hiss etdik. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, qardaş ölkə kimi həmişə bir yerdəyik", - deyə O.Karatepe vurğulayıb.

Mədəniyyət 2023-03-21 20:00:00