Elmar Baxşıyev “Qəbələ”ni 100-cü çempionat matçına çıxarıb
Bakı, 21 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, 43 yaşlı mütəxəssis “Qəbələ”ni 100-cü çempionat matçına çıxarıb. Bu, “Şamaxı” ilə ev görüşünə təsadüf edib.
Qəbələ şəhər stadionundakı görüşdə “Qəbələ” 2:0 hesablı qələbə qazanıb. E.Baxşıyevin rəhbərliyi altındakı 100 görüşdə 31-ci qalibiyyəti olub. “Qəbələ” bu müddətdə 33 heç-heçə edib və 36 dəfə uduzub.
Mütəxəssis Premyer Liqada 100 və daha çox görüşdə “qırmızı-qaralar”a rəhbərlik edən üçüncü baş məşqçidir. Onadək Ramiz Məmmədovla Roman Qriqorçuk da “100”ü arxada qoyub.
Xatırladaq ki, baş məşqçinin debütü 2019-cu il sentyabrın 14-də gerçəkləşib. Həmin gün “Qəbələ” səfərdə “Sabah”a qalib gəlib – 1:0.
“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib
Türkiyəli mütəxəssis Şirvanda yeniyetmə voleybolçularımızın yarışını izləyib
Taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert olub
Azərbaycan Premyer Liqasında 36-cı turun son iki görüşünün təyinatları müəyyənləşib
“Qəbələ” tarixində səkkizinci dəfə avrokuboklara vəsiqə qazanıb