×
A
A
A
Sazlamalar

Murat Mutaf: Qardaş ölkədə özümüzü çox rahat hiss edirik

Bakı, 21 mart, Emil Məlikov, AZƏRTAC

Türkiyənin İzmir şəhərindən gəlmişəm. İlk dəfədir ki, Azərbaycandayam. Ölkəniz məndə çox gözəl təəssürat yaratdı. Mətbəxiniz çox dadlı, təbiətiniz isə əsrarəngizdir. Millət olaraq mehriban və qonaqpərvər bir xalqsınız, bu da adamda gözəl hisslər yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İçərişəhərdə təşkil olunan “Bayram qalası” adlı Novruz şənliyində iştirak edən türkiyəli turist Murat Mutaf deyib.
"Bakıda hər yerdə hörmətlə qarşılanırıq, bu da bizim bu ölkəyə tez-tez gəlməyi düşünməyimizə səbəbdir. Mənim ölkənizə bağlılığım daha çoxdur, çünki babam əslən Azərbaycanın ən gözəl bölgələrindən olan Şəki şəhərindəndir. Qardaş ölkədə özümüzü çox rahat hiss edirik. Şəhəriniz çox gözəldir, təmizdir və bu gözəl bayram günlərində qardaş ölkədə olmaqdan çox məmnunuq. Novruz bayramı sizdə təntənəli şəkildə qeyd olunur, bu çox gözəldir. Biz də bu əyləncə və şənliklərdə böyük sevgi ilə iştirak edirik”, - deyə M.Mutaf bildirib.

Mədəniyyət 2023-03-21 18:04:00