Külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib
Bakı, 21 mart, AZƏRTAC
Martın 21-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk etmək istəyib. Həmin şəxs gömrük əməkdaşı tərəfindən qırmızı kanala yönləndirilib, üzərinə və əşyalarına baxış keçirilib. Rentgen qurğusunda vətəndaşa məxsus çantada qızıl-zinət əşyalarının təsviri görünüb. Yoxlama zamanı çantada gömrük orqanına yazılı və ya şifahi qaydada bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birgə ümumi çəkisi 4 kq 700 qram, təqribi dəyəri 420 000 AZN olan qızıl-zinət əşyaları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən şəxs barəsində inzibati həbs tətbiq olunub
DYP Bakıda reyd keçirib, qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib
Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var
FHN-in xilasediciləri intihara cəhdin qarşısını alıb VİDEO
Şəmkir şəhərində və Zəyəm qəsəbəsində yaşayış evlərini su basıb VİDEO