×
A
A
A
Sazlamalar

Laçın-Xankəndi yolu: Ekoaksiya iştirakçıları musiqi sədaları altında rəqs edirlər

Şuşa, 21 mart, Elmir Səftərov, AZƏRTAC

Hazırda Laçın-Xankəndi yolunda ekoaksiyanın iştirakçıları üçün konsert proqramı təqdim olunur.
AZƏRTAC xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında quraşdırılmış səhnədə əvvəlcə müğənnilər - Hiss, Nuri Serinlendirici & Jane Shirokih və Azərbaycanın Xalq artisti Röya Ayxan çıxış ediblər.
Hazırda isə bayram konserti “DJ Kənan Drums” tərəfindən səsləndirilən yerli və xarici musiqilərlə davam edir. Ərazidə olan ekoaksiyanın iştirakçıları və qonaqlar şən musiqi sədaları altında rəqs edirlər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürür.

Siyasət 2023-03-21 17:11:00