Şəki teatrı bayram günlərində balacaları sevindirir
Şəki, 21 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə uşaqlar üçün “Baharın xilaskarı” adlı nağıl-tamaşa hazırlanıb. Məqsəd bayram günlərində uşaqları sevindirmək və onlara yüksək əhvali-ruhiyyə bəxş etməkdir. Hazırda teatrda bayram tamaşaları davam edir.
Teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müəllifləri Elvin Nuri və Hüseyn Hüseynli olan nağıl-tamaşada Bahar qızın xeyirxah dostlarının köməyi sayəsində şər qüvvələrin əlindən xilas edilməsindən bəhs olunur.
Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Mənsur Əzizli, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilova, xoreoqrafı Elvin Nuridir.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aydın Əlibalayev, Nərmin Nəbiyeva, Qurban Rəsulov, Rəşad Rüstəmov, Lalə Məmməd, İlkin Rüstəmov, Arzu Əmirxanqızı və başqaları ifa edirlər.
Teatrda bayram tamaşaları martın 26-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Şabranda vətəndaşlarla görüşəcək
MDU-da mediasiya ilə bağlı maarifləndirici tədbir keçirilib
Füzulidə ağacəkmə aksiyasında 100 ədəd Eldar şamı və sərv ağacı əkilib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İmişlidə vətəndaşların ərizə və şikayətlərinə baxıb