×
A
A
A
Sazlamalar

Rumıniyanın xəbər agentliyində azərbaycanlı diplomatın Novruzla bağlı yazısı yerləşdirilib

Buxarest, 21 mart, AZƏRTAC

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun Novruz bayramı barədə məqaləsini yayıb. AZƏRTAC xəbər verir ki, məqalədə Novruz bayramının tarixi haqqında məlumat verilir. Bildirilir ki, mərhəmət və birlik rəmzi olan qədim Novruz Azərbaycan xalqının zəngin mənəviyyatının və humanizm ideyalarının təzahürüdür. Müəllif qeyd edir ki, Novruz bayramı bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzidir. Bayram həm də təbiətin oyanması, sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır. Məqalədə Novruz bayramında bişirilən milli yeməklərimizdən və şirniyyatlardan danışılır, həmçinin ölkəmizin yenidən müstəqillik qazanmasından sonra bayramın yüksək səviyyədə qeyd edildiyi diqqətə çatdırılır. Müəllif xüsusi vurğulayır ki, Novruz bayramının beynəlxalq arenada tanınması üçün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın apardığı işlər mühüm rol oynayıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Cəmiyyət 2023-03-21 15:11:00