×
A
A
A
Sazlamalar

Beynəlxalq Meşələr Günündə 23 mindən çox ağac əkilib

Bakı, 21 mart, AZƏRTAC
Martın 21-i Beynəlxalq Meşələr Günü Azərbaycanda meşə sahələrinin genişləndirilməsi işinə həsr olunub, meşələrin artırılmasına diqqət çəkilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov AZƏRTAC-a bildirib ki, planetar əhəmiyyətə malik bu gün münasibətilə meşə ərazilərinin genişləndirilməsi işinə töhfə verilərək Şəki, Zaqatala, Qəbələ, Şamaxı, Quba, Göygöl, Bərdə, Sabirabad, Tovuz, Masallı, Lənkəran, Ağcabədi, Şəmkir rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında, ümumilikdə 34 hektar ərazidə 23 mindən çox müxtəlif meşə növlərinə aid ağac tingləri əkilib.

Ekologiya 2023-03-21 14:24:00