×
A
A
A
Sazlamalar

Sülhməramlıların 29 avtomobili aksiya ərazisindən maneəsiz keçib

Şuşa, 21 mart, Elmir Səftərov, AZƏRTAC

Bu gün də Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən maneəsiz hərəkəti təmin olunur.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 27 təminat-təchizat və iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Siyasət 2023-03-21 14:01:00