×
A
A
A
Sazlamalar

Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi 8 hektar sahədə əkin işləri aparıb

Bakı, 21 mart, AZƏRTAC
Yaz mövsümü başlayandan Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 8 hektar sahədə əkin işləri aparılıb, 30 kiloqram toxum tədarük olunub.
AZIRTAC xəbər verir ki, bunu mərkəzin direktoru Vasif Nəbiyev deyib.
“Meşələri qorumaq bütün dünyanı, həyatımızı, gələcəyimizi qorumaq deməkdir. Buna görə də hər kəsi oksigen mənbəyi olan meşələri qorumağa, yaşıllıqlara laqeyd yanaşmamağa çağırırıq”, - deyə V.Nəbiyev bildirib.

Ekologiya 2023-03-21 13:06:00