Otuz səkkiz bədii gimnast ölkə çempionu adı uğrunda mübarizə aparacaq
Bakı, 21 mart, AZƏRTAC
Martın 24-25-də bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı keçiriləcək.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” idman klubu, Zirə və Sumqayıt üzrə ümumilikdə 38 gimnast gücünü sınayacaq.
Milli Gimnastika Arenasında təşkil olunacaq çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyükyaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər.
Fərdi gimnastlar arasında qaliblər ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip (gənclər) və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.
Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq
"Neftçi"nin baş məşqçisi: Bu gün tarix yazmaq istəyirik
Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq
Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib