×
A
A
A
Sazlamalar

“Neftçi”nin müdafiəçisi Gürcüstan millisinə dəvət olunub

Bakı, 21 mart, AZƏRTAC

Bakının “Neftçi” klubunun müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 31 yaşlı futbolçu martın 25-də Monqolustanla yoldaşlıq görüşünə, ayın 28-də isə Norveçlə “Avro-2024”ün seçmə mərhələ matçına çağırılıb.
Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 47 oyun keçirib.

İdman 2023-03-21 09:52:00