×
A
A
A
Sazlamalar

MMA döyüşçümüz Nəriman Abbasov növbəti qələbəsini qazanıb

Bakı, 21 mart, AZƏRTAC

Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. İyirmi doqquz yaşlı MMA idmançımız “Naiza Fighting Championship” turnirində fərqlənib.
AZƏRTAC xəbər verir ki, o, “Naiza Fighting Championship 50” çərçivəsində Qazaxıstanın Almatı şəhərində təşkil olunan döyüşdə gücünü mübarizə aparıb. Döyüşçümüz Qırğızıstan idmançısı Kanibek Janıbek Uulu ilə qarşılaşıb. N.Abbasov rəqibi üzərində qələbə qazanıb.
Bu, idmançımızın peşəkar karyerasında 29-cu qələbədir. O, buna 33 döyüşdə nail olub.

İdman 2023-03-21 02:19:00