Sülhməramlıların avtomobilləri axşam saatlarında da aksiya ərazisində sərbəst hərəkət edir
Şuşa, 20 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiyanın keçirildiyi ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus altı təminat və bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların iki təminat və bir minik avtomobili də Laçına gedib.
Baş nazir Əli Əsədov Türkiyənin sabiq Vitse-prezidenti Fuat Oktaya təşəkkür edib
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Qənirə Paşayeva: Azərbaycanın istəyi regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasıdır