×
A
A
A
Sazlamalar

Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb YENİLƏNİB

Bakı, 20 mart, AZƏRTAC
Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

18:07

Yevlax rayonunun Ərəş kəndində dörd yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu martın 19-da yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzinə, Yevlax Rayon Polis Şöbəsinin (022) 336–45–02 şəhər və (055) 537–87–97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.

Hadisə 2023-03-20 22:25:00