Lavrov: Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin tərəfdarıdır
Moskva, 20 mart, AZƏRTAC
Rəsmi Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları bütün razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin tərəfdarıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 20-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Moskvada keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.
Erməni jurnalistin sualına cavab verən S.Lavrov bildirib ki, “işğal bitdi, aqressiya başladı” şüarı ilə heç bir məsələni həll etmək mümkün olmayacaq. Tərəflərin barışması üçün yollar axtarmaq lazımdır. Rəsmi Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları bütün razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinə tərəfdardır.
Rusiyalı nazir erməni jurnalistin guya Azərbaycanın Rusiyanın vasitəçilik səylərini gözdən salmasına dair sualına cavabında deyib ki, bu səyləri ABŞ, Avropa İttifaqı, NATO gözdən salır və bölgədə öz kuratorluğunu həyata keçirməyə çalışır.
S.Lavrov, həmçinin qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı hazırda tərəflərlə danışıqlar aparılır.
Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Mariya Zaxarova Azərbaycanın guya Ukraynaya silah tədarük etməsi ilə bağlı şayiələri şərh edib