×
A
A
A
Sazlamalar

Faktiki hava şəraiti açıqlanıb

Bakı, 20 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 20-nə olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış yağıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, yağıntının miqdarı Naxçıvanda 15, Sədərəkdə 14, Şərurda 13, Ordubadda 7, Şahbuzda 6, Culfa, Gədəbəydə 2, Beyləqan, Mingəçevir, Tovuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Zaqatala, Şəki, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Astara, Hacıkənddə 1 millimetrədək olub. Şərur, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Zərdab, Yevlax, Kürdəmir, Neftçala, Lerikdə, eləcə də Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, görmə məsafəsi 200-500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Naxçıvanda 16°-dək isti, dağlıq rayonlarda 10°-dək isti, aran rayonlarında 20°-dək isti olub.
Martın 21-dən 22-si gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Martın 23-24-də isə havanın sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz xoş, mülayim yaz havası gözlənilir.

Ekologiya 2023-03-20 15:36:00