Laçın-Xankəndi yolu humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə açıqdır
Şuşa, 20 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat və bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların iki minik avtomobili də Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Prezident: Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur
Rəcəb Tayyib Ərdoğan yenidən xalqın etimadını qazandı - şərh
Prezident İlham Əliyev: Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır
Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarını təbrik edib
“Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” – Türkiyə mediası