×
A
A
A
Sazlamalar

Polis əməkdaşları şəhidin ailəsini ziyarət ediblər

Şirvan, 20 mart, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş əsgər şəhid Kamran Fərəcovun ailəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşları şəhidin valideynləri ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb, gətirdikləri bayram sovqatını təqdim ediblər. Həmçinin ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb. K.Fərəcovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə başda Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Regionlar 2023-03-20 14:48:00