Sülhməramlıların aksiya ərazisindən keçidinə heç bir maneə yoxdur
Şuşa, 20 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki minik avtomobil aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Şuşada kütləvi məzarlığın aşkarlanması Ermənistanın cinayətlərinin növbəti nümunəsidir - QHT sədri
Ermənistanla sülh sazişi istiqamətində imkanlar artdıqca, molla rejiminin aqressivliyi çoxalır
Ermənistanın vandal, barbar, faşist simasının növbəti təzahürü - Şuşada kütləvi məzarlıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimi keçirilib