×
A
A
A
Sazlamalar

“Dəniz Mall” ticarət və əyləncə mərkəzində viktorina və rəsm müsabiqəsi keçiriləcək

Bakı, 20 mart, AZƏRTAC
Martın 22-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Dəniz Mall” ticarət və əyləncə mərkəzində uşaqlar arasında suya qənaət, suyun mühafizəsinə həsr olunmuş viktorina və rəsm müsabiqəsi keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd Dünya Su Günü ilə əlaqədar suyun əhəmiyyəti, su resurslarından səmərəli istifadə və su ekosistemlərinin mühafizəsi məsələlərinə uşaqların, o cümlədən ictimaiyyətin diqqətini çəkməkdir.
Viktorina və müsabiqədə iştirak edən təbiətin kiçik dostlarına ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif kitablar hədiyyə ediləcək.
Tədbir saat 12:00-da başlayacaq.

Ekologiya 2023-03-20 14:01:00