İdmançılarımızın Ermənistanda keçiriləcək çempionatda iştirakına dair - Açıqlama
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan idmaçılarının Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, yığma komandamızın Ermənistanda keçiriləcək təsnifat xarakterli Avropa çempionatında iştirakı ilə bağlı məlumatlar Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemi vasitəsilə ilkin olaraq göndərilib.
“İştirak ilə bağlı son təsdiq aprelin 11-nə qədər sistem vasitəsilə təqdim edilməlidir. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcək", - deyə federasiyadan qeyd ediblər.
Məşqçi: Mehriban Tağıyeva gimnastika üzrə xüsusi olimpiya növündə iştirak edən ilk idmançımızdır
“Mançester Siti” klubu cari mövsüm treblə imza atıb
“Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub
“Mançester Siti”nin azarkeşi İstanbulda Çempionlar Liqasının finalında huşunu itirib
Kevin De Bruyne ikinci dəfə UEFA Çempionlar Liqasının final oyununda mübarizəni erkən başa vurub