MMA idmançımız Nəriman Abbasov bu gün növbəti döyüşünə çıxacaq
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov bu gün növbəti döyüşünü keçirəcək. Yüngül çəkidə mübarizə aparan MMA idmançısı “Naiza Fighting Championship” turnirində qüvvəsini sınayacaq.
AZƏRTAC xəbər verir ki, 29 yaşlı təmsilçimiz qırğızıstanlı Kanibek Janıbek Uulu ilə üz-üzə gələcək. Bu döyüş Almatıda təşkil olunan “Naiza Fighting Championship 50” çərçivəsində baş tutacaq.
Yüngül çəkidə “AMC Fight Night”da çempion titulunun sahibi N.Abbasov peşəkar karyerasında 32-ci döyüşə çıxacaq. Onun hesabında 28 qələbə var. Janibek isə 21 qarşılaşmada 13 dəfə qalib gəlib, 8 dəfə uduzub.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir