“Kaşaqan” neftinin Aktau-Bakı marşrutu ilə ilk nəqlinə başlanılıb
Bakı, 20 mart, AZƏRTAC
Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb. Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib.
ASCO-dan AZƏRTAC-a verilən məlumata görə, ilk partiyada tankerin anbarlarına ümumilikdə 6 min 900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə qabiliyyəti 7 min 800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.
İvan Nadein: Azərbaycanın işğaldan azad olunan ərazilərinə investisiya qoymağa hazırıq
Yerin müşahidəsi üzrə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi qaydalarında dəyişikliklər olunub
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası olub