“Zirə” klubu “Şamaxı” ilə yoxlama oyunu keçirəcək
Bakı, 20 mart, AZƏRTAC
“Zirə” futbol klubu milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə yoxlama matçı keçirəcək.
AZƏRTAC kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq.
Martın 25-də Zirə İdman Kompleksində keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Zirə" Azərbaycan Premyer Liqasında 37 xalla turnir cədvəlində dördüncü, "Şamaxı" isə 20 xalla doqquzuncu pillədə qərarlaşıb.
Məşqçi: Mehriban Tağıyeva gimnastika üzrə xüsusi olimpiya növündə iştirak edən ilk idmançımızdır
“Mançester Siti” klubu cari mövsüm treblə imza atıb
“Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub
“Mançester Siti”nin azarkeşi İstanbulda Çempionlar Liqasının finalında huşunu itirib
Kevin De Bruyne ikinci dəfə UEFA Çempionlar Liqasının final oyununda mübarizəni erkən başa vurub