Avropa İttifaqı Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə dəstək məqsədilə konfransı keçirəcək
Bakı, 20 mart, AZƏRTAC
Avropa Birliyi Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə maliyyə dəstəyi toplamaq üçün sabah Belçikanın paytaxtı Brüsseldə Beynəlxalq Donorlar Konfransı keçirəcək.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) elan etdiyi konfrans Türkiyənin koordinasiyası ilə Aİ Komissiyası və Avropa Şurasının müvəqqəti sədri İsveç tərəfindən birgə təşkil edilib.
Konfransa Avropa İttifaqına üzv, namizəd və potensial namizəd ölkələr, qonşu və tərəfdaş ölkələr, Rusiya istisna olmaqla G20 üzvləri, Körfəz Əməkdaşlıq Şurasının üzvləri, Birləşmiş Millətlər Təşkilatı (BMT), humanitar fəaliyyət göstərənlər, Avropa və beynəlxalq maliyyə qurumları dəvət olunub.
Konfransın açılışında Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və İsveçin Baş naziri Ulf Kristersson çıxış edəcəklər.
Gürcüstan hökuməti un idxalına rüsum tətbiq edib
Çexiyaya gələn qeyri-leqal miqrantların sayı kəskin artıb
Trüdo Rusiyanın müsadirə olunan “An-124” təyyarəsinin Ukraynaya təhvil veriləcəyini açıqlayıb
NATO Baş katibinin müavini: Ukraynanın alyansa qoşulması ilə bağlı konsensus yoxdur
Qazaxıstanda meşə yanğınları nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb