×
A
A
A
Sazlamalar

"Neftçi"nin qapıçısı Rusiya və Xorvatiya klublarından təklif alıb

Bakı, 19 mart, AZƏRTAC

“Neftçi"nin qapıçısı İvan Brkiç karyerasını yenidən dogma ölkəsində davam etdirə bilər.
AZƏRTAC xəbər verir ki, xorvatiyalı qapıçıya “Hayduk”dan təklif gəlib. Hazırda Xorvatiya çempionatında üst sıralarda qərarlaşan Split təmsilçisi mövsümün sonunda onu heyətinə qatmaq niyyətindədir.
Rusiya Premyer Liqasında mübarizə aparan "Orenburq" da Brkiçi transfer siyahısına daxil edib.
Qeyd edək ki, "Neftçi" özü də qolkiperə yeni müqavilə təklif edib. Hazırda Brkiçi komandada saxlamaq üçün onunla danışıqları davam etdirilir.

İdman 2023-03-19 22:22:00