Qaxlı gənc qızlar əl sənətkarlığı üzrə təlimlərə cəlb olunublar
Qax, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsinin qalibi olan “Kənd yaşıl turizminin inkişafına dəstək” Ictimai Birliyi tərəfindən həyata keçirilən “Gənc qızlar arasında əl sənətkarlığının inkişafına yönəldilmiş təşəbbüslər” layihəsi çərçivəsində ilk təlimlər Qax rayonunda reallaşıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gənclərin İnkişaf və karyera Mərkəzinin (GİKM) Qax nümayəndəliyinin direktoru Elmir Həşimli məlumat verib.
Bildirilib ki, layihə çərçivəsində Qax rayon Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə orta məktəb şagirdləri və Peşə liseyinin tələbələri olmaqla, 20-dək gənc qız iştirak edib. Ümumilikdə, 8 təlim keçirilib. Təlim iştirakçılarına əllə toxuma, qotazların hazırlanması, parça üzərində naxışların hazırlanması və əl sənətkarlığının digər növləri üzrə dərslər verilib. Təlimlər GİKM Qax nümayəndəliyinin dəstəyi ilə keçirilib.
Layihənin ikinci mərhələsinin apreldə Zaqatala rayonunda keçirilməsi nəzərdə tutulur.
Qazan xanın yurd saldığı “Qazan köşkü”
Göyçəli Razim əmi: Ümid edirik ki, “Dəmir yumruq” Göyçəyə də enəcək
Zaqatalada qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar
Bayram günlərində Şəkiyə gələnlərin əksəriyyətini yerli turistlər təşkil edib
Göbələk həvəskarları üçün yeni dad – quzu ətindən baha olan quzuqarnı