×
A
A
A
Sazlamalar

Martın 18-də havanın temperaturu Bakıda iqlim normasından 6.2° yüksək olub

Bakı, 19 mart, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 19-na olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış yağıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, yağıntının miqdarı Göyçayda 7, Balakəndə 5, Qaxda 2, Zaqatala, Qobustan, Qusar, Şəki, Yevlaxda 1 millimetrədək olub.
Daşkəsən, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qrız, Şahdağ, Göyçay, İmişli, Kürdəmir, Neftçala, Biləsuvar, Lənkəran, Lerikdə, eləcə də Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, görmə məsafəsi 300 metrədək məhdudlaşıb.
Martın 18-də havanın temperaturu Bakıda iqlim normasından 6.2° yüksək olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17°-dək isti, Naxçıvanda 20°-dək isti, dağlıq rayonlarda 13°-dək isti, aran rayonlarında 23°-dək isti olub.
Martın 20-dən bəzi rayonlarda havanın arabir yağıntılı olacağı, martın 22-si axşamdan əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya 2023-03-19 12:58:00