Bakıda ərinin qətlində şübhəli bilinən qadın saxlanılıb
Bakı, 19 mart, AZƏRTAC
Xəbər verildiyi kimi, martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda ibtidai istintaq davam etdirilir.
Gömrük orqanına bəyan edilməyən brend geyim əşyaları aşkar olunub
Lökbatanda ticarət mərkəzində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Nizami rayonunda mənzildə yanğın olub, bir nəfər xəsarət alıb