“Fənərbağça” klubu qapıçısı Altay Bayındırla müqaviləni yeniləyib
Bakı, 19 mart, AZƏRTAC
“Fənərbağça” klubu qapıçısı Altay Bayındırla müqaviləni yeniləyib.
AZƏRTAC xəbər verir ki, tərəflər arasında yeni müqavilə 2026-2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu 2019-cu ildə “Ankaragücü” klubundan İstanbul təmsilçisinə transfer olub. İyirmi dörd yaşlı qolkiper İstanbul klubunda 137 oyun keçirib. Komandanın kapitanı olan futbolçu Türkiyə millisinə də dəvət alır.
Millimizin yoldaşlıq oyunlarını yerli hakimlər idarə edəcəklər
OCEP məktəbliləri Özbəkistana səfər ediblər
“Qarabağ” - “Qalatasaray” oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq
Stolüstü tennisçilərimiz Antalyada daha bir medal qazanıblar