×
A
A
A
Sazlamalar

Basketbol Liqası: “Sabah” və NTD növbəti qələbələrini qazanıb

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında XXII turun daha iki oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Astarada yerli “Zirvə” komandası "Sabah" ilə qarşılaşıb. Oyuna fəal başlayan “Sabah” klubu rəqibi üzərində 87:65 hesablı qələbə qazanaraq ilk pillədəki mövqeyini qoruyub. Ən məhsuldar basketbolçular "Zirvə Astara”dan Zo Tayson (16 xal, 8 ribaund), "Sabah"dan isə Entoni Patti (28 xal, 18 ribaund) olub.
“Sərhədçi” İdman Mərkəzində NTD və "Sərhədçi" basketbolçuları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın sonunda NTD 76:73 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular NTD-dən Ceremi Heys (18 xal, 10 ribaund), "Sərhədçi"dən Brendon Miller (21 xal, 9 asist) olublar.
XXII tura bu gün keçiriləcək “Olimpik Şəki” – “Gəncə” oyunu ilə yekun vurulacaq.

İdman 2023-03-19 11:15:00