Sülhməramlıların növbəti avtomobilləri Laçına gedib
Şuşa, 19 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus altı təminat-təchizat və bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Türkiyəli siyasi ekspert: Azərbaycan meydanlarda olduğu kimi, masa arxasında da Zəfər qazanır
Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyib
Moskvada Azərbaycan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü keçirilib
Növbədənkənar Prezident seçkiləri qürur tariximizin mühüm bir həlqəsi olacaq ŞƏRH