×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar

Bakı, 19 mart, AZƏRTAC

Batut gimnastikası üzrə Azərbaycan yığması Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, fərdi proqramda Selcan Mahsudova, Samirə Hüseynova, Hüseyn Abbasov birinci, Mehdi Əliyev ikinci yeri tutub.
S.Mahsudova böyüklər, S.Hüseynova 11-12 yaşlılar, H.Abbasov 15-16 yaş yaşlılar arasında qızıl, M.Əliyev isə 15-16 yaşlılar arasında gümüş mükafata yiyələnib.
Azərbaycan millisi, həmçinin Avropa Gimnastikasının təşkilatçılığı ilə “inkişaf təlim-məşq” düşərgəsinə qatılıb.

İdman 2023-03-19 09:53:00