Ekoaksiya: Humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə yoxdur
Şuşa, 19 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir təminat avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədəki terror hücumunu kəskin pisləyib
Milli Məclisin sədr müavini Adil Əliyev: Böyük Qayıdış Proqramı uğurla icra edilir
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı VİDEO