×
A
A
A
Sazlamalar

Ekvadorda zəlzələ nəticəsində 13 nəfər həyatını itirib

Bakı, 19 mart, AZƏRTAC
Ekvadorda zəlzələ nəticəsində həlak olanların sayı 13-ə çatıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.
Xəsarət alan insanların sayının 126-ya çatdığı bildirilir.
Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

Dünya 2023-03-19 06:01:00