Serbiya və Kosovo arasında münasibətlərin normallaşması onların Aİ-yə qəbulu üçün şərtdir
Bakı, 19 mart, AZƏRTAC
Serbiya və Kosovo arasında münasibətlərin normallaşması üçün öhdəliklərin yerinə yetirilməsi onların Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün şərt olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ rəsmisi Xosep Borrell Ohriddə (Şimali Makedoniya) Kosovo və Serbiya liderləri arasında təmsil etdiyi təşkilatın vasitəçiliyi ilə 12 saatdan çox davam edən danışıqların yekununda bildirib. Onun bəyanatını Avropa Komissiyasının mətbuat xidməti yayıb.
“Tərəflərin razılaşması (fevralın 27-də Brüsseldə əldə olunub) və onun həyata keçirilməsi proseduru çərçivəsində atılan hər bir addım onların Avropa İttifaqına gedən yolunun bir hissəsi olacaq”, - X.Borrell belə deyib.
Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir
”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib
“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur
Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO
Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək