×
A
A
A
Sazlamalar

Ekvadorda zəlzələ qurbanlarının sayı 12-yə çatıb

Bakı, 19 mart, AZƏRTAC
Ekvadorda zəlzələ nəticəsində həlak olanların sayı 12-yə çatıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin prezident administrasiyası məlumat yayıb.
"Hazırda həlak olanların sayı 12 nəfərdir. Yaralılar var, onlara xəstəxanalarda tibbi yardım göstərilir”, -deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

 

Dünya 2023-03-19 02:35:00