Türkiyə Qara dənizdə qaz tədarükünə apreldə başlaya bilər
Bakı, 19 mart, AZƏRTAC
Türkiyənin energetika naziri Fatih Dönməz Qara dənizin Sakarya yatağında olan qazın tədarükünün aprelin sonunadək başlayacağını açıqlayıb. O, tədarükün gecikməsini fevral ayında ölkədə baş verən zəlzələlərlə əlaqələndirib.
AZƏRTAC xəbər verir ki, nazir bu barədə TRT telekanalının efirində bildirib.
“Biz plana əməl etdik, lakin zəlzələlərə görə müəyyən gecikmələr oldu. Aprelin sonuna qədər istehlakçılara qazın verilməsinə başlamağı planlaşdırırıq. Vətəndaşlarımıza verdiyimiz sözə əməl edəcəyik”, - deyə F.Dönməz qeyd edib.
Türkiyə hökuməti daha əvvəl Sakarya yatağından qazın tədarükünün mart ayından başlayacağını bildirmişdi.
Qeyd edək ki, Türkiyə rəsmilərinin məlumatına görə, Qara dənizdəki qaz yataqlarının ehtiyatları təxminən 540 milyard kubmetr təşkil edir. Onlardan ən böyük ehtiyatlar 400 milyard kubmetrdən çox olan Sakarya yatağıdır. İlkin mərhələdə ondan 10 milyon kubmetrə yaxın hasilat nəzərdə tutulub. 2027-2028-ci illərdə qaz hasilatının gündəlik həcmi 40 milyon kubmetr olacaq.
2030-cu ilə qədər Türkiyənin turizmdən 120 milyard dollar gəlir əldə etməsi gözlənilir
Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb
MAR-ın sabiq prezidenti ömürlük həbs cəzasına məhkum olunub
Vatikanın dövlət katibi: Avropa Aralıq dənizindəki miqrasiya probleminin həlli üçün birləşməlidir
Ermənistanın sabiq prezidentinin polis tərəfindən döyülən oğlu xəstəxanaya aparılıb