Ekvadorda zəlzələ nəticəsində ölən və yaralananlar var
Bakı, 18 mart, AZƏRTAC
Ekvadorda şənbə günü səhər saatlarında baş verən 6,7 bal gücündə zəlzələ nəticəsində ən azı üç nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli “Semana” qəzeti xilasedicilərin məlumatlarına istinadən yazıb.
Nəşrin məlumatına görə, hazırda Naranhal şəhərində dağıntılar təmizlənir. Həmçinin, “El Universo” qəzetinin məlumatına görə, bir neçə nəfər yaralanıb. Zəlzələ zamanı onlar divarın üstünə uçduğu bir avtomobildə olublar.
Qeyd edək ki, təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.
Gürcüstan daha bir müharibəyə tab gətirə bilməz - Baş nazir
Baş nazir: Bu gün Gürcüstan çox mühüm çağırışlarla üz-üzədir
Gürcüstan parlamenti 5 deputatın mandatını ləğv edib
Cənubi Koreya KXDR-dən 80 milyon dollar borcun qaytarılmasını tələb edir
Şimali Koreya nüvə başlığı daşıya bilən “Hvasal-1” və “Hvasal-2” raketləri buraxıb