×
A
A
A
Sazlamalar

Naxçıvanda sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirilib

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər.
Tədbirdə 11 nəfər Vətən müharibəsi iştirakçısı, 5 nəfər şəhid ailəsi üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Regionlar 2023-03-18 22:05:00