İsrailin cənubunda hava hücumu sirenləri səslənib
Bakı, 18 mart, AZƏRTAC
Şənbə günü İsraildə hava hücumu sirenləri səslənərək, sakinləri mümkün raket hücumları barədə xəbərdar edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sirenlər ölkənin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın ərazidə işə düşüb.
“Təfərrüatlar barədə əlavə məlumat veriləcək”, - deyə xəbərdə qeyd olunur.
Gürcüstan daha bir müharibəyə tab gətirə bilməz - Baş nazir
Baş nazir: Bu gün Gürcüstan çox mühüm çağırışlarla üz-üzədir
Gürcüstan parlamenti 5 deputatın mandatını ləğv edib
Cənubi Koreya KXDR-dən 80 milyon dollar borcun qaytarılmasını tələb edir
Şimali Koreya nüvə başlığı daşıya bilən “Hvasal-1” və “Hvasal-2” raketləri buraxıb